Dünyanın ən məşhur turizm şəhərlərindən biri olan Venesiya turistlərdən şəhərə bir günlük səfər üçün pul almaq üçün eksperimentə başlayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Venesiya ilk dəfə bir günlük səyahətə gələn və gecələməmiş turistlərdən şəhərə giriş üçün 5 avro tələb etməyə başlanılıb. Venesiyada ödənişli giriş saat 8:30-dan 16:00-a qədər etibarlı olacaq.

Bu layihə pik günlərdə turistlərin sıxlığını azaltmaq və vəziyyəti həm vətəndaşlar, həm də ziyarətçilər üçün daha dözümlü etmək ümidi ilə əvvəlcədən hazırlanmış plandır. 

Ödənişli biletin alınmaması 50 avro cərimə ilə nəticələnəcək.

Yeni sxemə əsasən, 6 minə yaxın insan artıq bir günlük giriş biletlərini əvvəlcədən alıb.