Türkiyə artilleriyası və Hərbi-Hava Qüvvələri İŞİD-ə Suriyada güclü zərbələr endirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından açıqlama verilib.

Məlumatda bildirilir ki, Türkiyənin Kilis şəhərinə Suriya ərazisindən raket zərbələri endirən terrorçuların mövqeləri radarlar vasitəsilə müəyyən edib. Daha sonra "Fırtına" qaubitsaları və yaylım atəşi sistemlərindən məhv edilib.

Həmçinin Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus F-16 təyyarələri İŞİD-in Əl-Rai, İhtimalat, Əl-Əthaniyəh rayonlarındakı (Suriyanın şimal hissəsi) mövqelərinə zərbələr endirərək çoxlu sayda terrorçunu məhv edib.

Bildirək ki, Türkiyənin Kilis şəhəri bu gün İŞİD-in Suriyadakı mövqelərindən atəşə tutulub. Nəticədə beşi uşaq olmaqla altı nəfər yaralanıb.