UEFA Avropa Liqası turnirinin 2015/2016-cı il mövsümündə qrup mərhələsində çıxış etmiş "Qarabağ və "Qəbələ klublarının büdcəsinə növbəti maliyyə vəsaiti köçürülüb. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, qeyd olunan vəsait hər iki klubun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış bonusdu.

Avropa futbol qurumu tərəfindən verilən vəsait AFFA-nın vasitəçiliyi ilə artıq hər iki klubun hesabına daxil edilib. "Qarabağ 376 min 952 avro, "Qəbələ 376 min 814 avro irəli düşüb.