Bakıda qətl törədilib.

Unikal.org bildirir ki, Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1994-cü il təvəllüdlü Vüqar Bayraməli oğlu Əlizadə aralarında yaranmış mübahisə zəminində həmyerlisi, 1993-cü il təvəllüdlü Kamran Yaşar oğlu Quliyevi bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən V.Əlizadə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.