Paytaxtda oğurluq edən qadın saxlanılıb.

Unikal.org xəbər verir ki, DİN-in və Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidmətləri və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də paytaxt sakinləri Fidan Murtuzova və Səfər Şirinli saxlanılıb.

Onlar Bakı şəhər sakini Zenfira Xasanovanın evindən 12.000 ABŞdolları və 3.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinirlər.

Daha sonra aparılan əməliyyatda dəstəyə daxil olan bir nəfər də müəyyən edilib.