Hondurasda bir gün əvvəl dəfn olunan qadının məzarından "kömək edin" səsləri gəlincə, qadının yaxınları məzarı açıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş verənlər telefonun kamerasına anbaan əks olunub. "Primer Impacto" televiziyasının məlumatına görə, 3 aylıq hamilə olan 16 yaşlı Neyi Perez bilinməyən səbəbdən həyatını itirib.

Qadın "La Entrada" məzarlığında dəfn olunub. Ertəsi gün həyat yoldaşının məzarını ziyarətə gələn ər Rudi Qonzales qəbirdən bağırtılar və "kömək edin" səsləri eşidib. O, dərhal qohumlarını köməyə çağırıb. Peresin qohumları betonu dağırdaraq qadını oradan çıxarıblar. Onlar tabutu bir başa San Pedro Sula xəstəxanasına aparıblar. Həkimlər isə qadının ölü olduğunu bildiriblər.

Həmin anları əks etdirən video və fotoları təqdim edirik.