Türkiyə Rusiyadan ölkəyə buğda ixracına qoyulan qadağanı ləğv edib.

Unikal.org-un "Tass.ruya istinadən məlumatına görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bildirib.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan mayın 3-də Soçidə görüşüb. Liderlər pomidor və viza ilə bağlı məhdudiyyətləri saxlamaq şərtilə qarşılıqlı olaraq iqtisadi sanksiyaların ləğvi barədə razılığa gəliblər.