Bakıda gənclər arasında olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Həsənbəy Zərdabi küçəsində 1988-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Novruz oğlu yaşadığı evin yaxınlığında tanışları ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Dava zamanı M.Məhərrəmov ağır xəsarət alıb. Həkimlərin sözlərinə görə, onun çənəsi sınıb.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.