Abşeronun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Şirinov Məmməd Dağbəyi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Çoxlu qan itirən yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.