Bakı şəhərinin Nəsimi rayonu ərazisində 2 nəfər bıçaqlanıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Cəlil Məmmədquluzadə küçəsində naməlum şəxs 24 yaşlı Ümid Abbaszadə ilə Rəşid Əhmədzadəni bıçaqlayaraq qaçıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Ü.Abbaszadə ilə R.Əhmədzadəni münaqişə zəminində bıçaqlayan Eldost Ələkbərov tutulub.

Araşdırma aparılır.