Şirvanda 45 yaşlı qadın dəm qazından boğulub.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Şirvan sakini 1973-cü il təvəllüdlü İmanova Təranə Nuru qızı hamam otağında olarkən dəm qazından boğularaq ölüb.

Onun meyiti həyat yoldaşı tərəfindən aşkar edilib. Faktla bağlı araşdırma aparılır.