Zaqatalada 41 yaşlı piyadanı maşın vurub, sürücü hadisə yerindən qaçıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, fevralın 2-si axşam saat 18:30 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində yolu keçmək istəyən piyada, rayonun Axaxdərə kənd sakini, 1977-ci il təvəllüdlü Həsən Seyfullah oğlu Qurbanov naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Ağır bədən xəsarəti alan 41 yaşlı Həsən Qurbanov Zaqatala Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya verilən məlumata görə, koma vəziyyətində olan Həsən Qurbanova ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi reanimasiya şöbəsində aparılır.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.