Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Unikal.org-un FHN-nın saytına istinadən verdiyi xəbərə görə, bu gün Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin girişində tikilmiş emalatxana və içərisində olan əşyalar 10 m2 sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


*** 11:43

Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanındayerləşən binanın girişindəki mağazada yanğın olub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzildə olan insanlar təxliyyə olunub, hadisə nəticəsində iki polis əməkdaşı tüstüdən zəhərlənib. Onlar 1 saylı Klinik Tibbi Mərkəzə aprılıb.

Hadisaə zamanı tüstüdən zəhərlənən 2004-cü il təvəllüdlü Kərəm Səfərli, 2006-cı il təvəllüdlü Elcan Səfərli və 2009-cu il təvəllüdlü Selcan Səfərliyə də ilkin tibbi yardım göstərilb, vəziyyətləri normaldır. Zərərçəkənlər qohumdurlar.