Fevralın 2-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Nəzər Rəhmanov idarə etdiyi "Mercedes markalı avtomobillə yolu keçən paytaxt sakini Reyhan Məmmədovanı vurub. Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.