Bakıda usta faciəli şəkildə ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda, Mətbuat prospektində qeydə alınıb. Həmin ünvanda yerləşən binalardan birinin fasadında təmir işləri aparan 1989-cu il təvəllüdlü Şamxal Vidadi oğlu Bədəlov 4-cü mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.