Bərdə rayonunda yol kənarında tapılan körpə ölüb.

Unikal.org xəbər verir ki,  bu barədə "Report"a Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlahan məlumat verib.

Baş həkim bildirib ki, körpə yeddi aylıq doğulub: "Aparılan müayinələrdən sonra körpənin artıq öldüyü məlum olub".

11:16

Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub.

Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanadan bildirilib ki, körpə müayinə və müalicə olunmaq üçün doğum şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.