Bu gün səhər saatlarında Türkiyədə turistləri daşıyan avtobus qəzaya düşüb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Aksaray rayonunda baş verib. Bu gün səhər Aksaraydan- Ankara istiqamətinə hərəkət edən avtobus yolun 30-cu kilometrində sürücü idarəetməni itirərək yol kənarına aşıb. Qəza nəticəsində 4 nəfər ölüb, 27 nəfər yaralanıb. 

Hadisə yerinə çox sayda təcili yardım avtomobilləri cəlb edilib. Yaralılar, Aksaraydakı xəstəxanalara aparılıb. 

***
Yaralıların sayı 34 nəfərə çatıb. Qəza bu gün səhər saat 4:30 radələrində sürücünün infarkt keçirməsi nəticəsində baş verib. "Kırmızıgül Turizm"' aid avtobusu idarə edən 59 yaşlı Nurettin Dağ ürək tutması nəticəsində idarəetməni itirib və nəticədə avtobus yol kənarına aşıb.