Gəncə şəhərində "Niva" markalı avtomobil Dövlət Yol Polisinə (DYP) məxsus avtomobilə çırpılıb.

Unikal.org report-a istinadən məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Hərəkətdə olan "Niva" idarəetmədən çıxaraq qarşı yolda olan DYP-yə məxsus "BMW"yə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.