Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata görə, Gəncə şəhəri, Nizami rayonu ərazisindən keçən kanalda 1 nəfər azyaşlının batdığı ehtimal edilir.

 

Unikal.org   Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Axtarış işləri barədə əlavə məlumat veriləcək.