Göygöl rayonunda qohumlar arasında torpaq üstündə dava olub.

Unikal.org  Report-a istinadən bildirir ki, rayonun Topalhəsənli kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Vilət Müslüm oğlu baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə o, torpaq üstə düşən dava zamanı qardaşı Faiq Məmmədov tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.