Tovuz sakinin üzərinə ağac aşıb. 

Unikal.org APA-ya istinadən bildirir ki, hadisə rayonun Kirən kəndində baş verib.

 

Güclü küləyin qırdığı ağac kənd sakini 1995-ci il təvəllüdlü Fəridə Yusifovanın üzərinə düşüb. Bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

 

Vəziyyətinin orta ağır olduğu bildirilir.