Sumqayıtda fəhlə işlədiyi binadan yıxılaraq ölüb.

Unikal.org  Report-a istinadən bildirir ki, hadisə şəhərin Dənizkənarı bulvar ərazisində inşa edilən yeni yaşayış kompleksində baş verib.

Adı hələlik açıqlanmayan fəhlənin yuxarı mərtəbədən yıxıldığı bildirilir. Hazırda həmin şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.