Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. 

 Unikal.org APA-ya istinadən bildirir ki,  hadisə şəhərin Qaraçılar küçəsində baş verib. Hərəkətdə olan "VAZ2107 markalı avtomobilin "Chevrolet-ə çırpılması nəticəsində "VAZ-da olan bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Onun vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.