Qaxda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

 Unikal.org   APA-ya istinadən bildirir ki, martın 25-də saat 19.00 radələrində Qax şəhəri, H. Z. Tağıyev küçəsi ev 1 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Ləqman Mehdi oğlu Əhmədov travmatikşok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan APA-ya bildirilib ki, Ləqman Əhmədovun "Qax Taxıl Açıq Səhmdar Cəmiyyəti müəssəsinin həyətindəki quyuya yıxılaraq ağır qapalı kəllə-beyn travması aldığı məlum olub. Xəstəxanada ilkin tibbi yardım göstərilən xəstə müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.
 

Faktla bağlı araşdırma aparılır.