Şəkidə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb.

 Unikal.org APA-ya istinadən bildirir ki, bu gecə saat 00:30 radələrində Şəki şəhər sakini, 1994-cü il təvəllüdlü Kamal Elşad oğlu Alıxasov ağır qapalı kəllə-beyn travması ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.
 
MRX-dan bildirilib ki, Kamal Alxasovun sərnişin qismində olduğu "Niva markalı minik avtomobili ilə qəzaya düşərək xəsarət alması məlum olub.
 
Faktla bağlı Şəki Şəhər-Rayon polis Şöbəsində araşdırma aparılır.