Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Salyan-Şirvan avtomobil yolunun 4-cü kilometrliyində Salyan rayonunun Qırxçıraq kəndi ərazisində baş verib.


Unikal.org Report-a istinadən  xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb. Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Rauf Sahib oğlu Quliyev idarə etdiyi "VAZ-2107" markalı, 09-BO-697 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olan zaman maşını su kanalına aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Ağdaş rayonunun Ləki qəsəbə sakini, 1983-cü il təvəllüdlü Qərib Yenidünya oğlu Quliyev avtomobilin içində boğularaq ölüblər. 

Faktla bağlı araşdırmalara başlanılıb.