Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org  Report-a istinadən  xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü  idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Nəticədə turist kimi Azərbaycana gələn İran İslam Respublikasaının vətəndaşı, 1986-c il təvəllüdlü İsmayıl Abdi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.