Sumqayıtda yaşlı kişi yolun ortasında müəmmalı şəkildə dünyasını dəyişib.

Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, hadisə günorta saatlarında, H.Z.Tağıyev qəsəbəsi ərazisində baş verib.

Belə ki, adı hələ ki açıqlanmayan, təqribən 63-65 yaşlarında kişi qəsəbədə idarə etdiyi "Kamaz" markalı yük maşınından düşdükdən sonra müəmmalı şəkildə ölüb.

Onun ürəktutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.