Tovuzda bədbəxt hadisə baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Bəhmən Mehman oğlu Allahverdiyev elektrik mişarı ilə işləyən zaman ehtiyatsızlıqdan əl barmaqlarını kəsib. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti kafidir.