Şirvan ŞPŞ-nin əməkdaşları martın 29-da şəhər ərazisindəki mağazaların birində baş vermiş oğurluq hadisənin üstünü açıb. Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, polis mağazadan 600 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Nizam Məmmədovu tutub.

Həmçinin, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin yanvar-mart ayları ərzində rayon ərazisində 1 avtomobildən akkumulyator, 2 həyətyanı sahədən ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Niyaz Əliyev saxlanılıb.