Qırğızıstanın paytaxtı Bişkekdə restoranlardan birində kütləvi zəhərlənmə baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, zəhərlənmə nəticəsində 100 nəfər xəstəxanaya yerləşdirilib.

Respublika Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, 89 nəfər İnfeksion xəstəxanaya, daha 11 nəfər İssık-Kul vilayət infeksion xəstəxanasına yerləşdirilib.

Zəhərlənənlər arasında 19 uşağın olduğu bildirilir. Məlumata görə, daha 50 nəfər ambulator müalicə keçirir.

Hazırda zəhərlənməyə səbəb olması ehtimal edilən qida nümunələri laborator müayinələrə cəlb olunub.