"Vest Bromviçin yarımmüdafiəçisi Qaret Barrinin ailəsində faicə baş verib.

Unikal.org xəbər verir ki, Barrinin qardaşı avtoqəzada ölüb. Rəssam və dekorator olan 39 yaşlı Markın idarə etdiyi "Mersedes "Nissanla toqquşub. "Vest Bromviç futbolçuya əlavə məzuniyyət verib.

Klubun baş məşqçisi Darren Mur Barriyə başsağlığı verib: "Bu, Qaretin ailəsi üçün dəhşətli xəbərdi. Bütün klub ona dərin hüznlə basağılığı verir.

Qaret bilir ki, bizim dəstəyimizə güvənə bilər. İnanıram ki, o, bu ağır sarsıntını dəf etməyi bacaracaq.

Barri Premyer Liqada keçirilən oyun sayına görə rekordçudur - 653.