Madridin "Real" klubu futbol üzrə İspaniya çempionatının 2018/19-cu illər mövsümünun I tur oyununda "Xetafe"ni qəbul edib.

Unikal.org xəbər verir ki, Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutan görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda ilk qolun müəllifi Daniel Karvaxal olub. Komandanın ikinci qolunu hücumçu Qaret Beyl vurub.

Ötən il "Real" çempionatı Zinəddin Zidanın rəhbərliyi altında 3-cü yerdə bitirib. Birinci yeri "Barselona" tutub.

İspaniya Primerosu, I tur

"Real" - "Xetafe" - 2:0

Qollar: 1:0 - Karvaxal - 20, 2:0 - Beyl - 51