CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 24-də 77,51 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 1,36 dollar/barel çoxdur.

Unikal.org trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 24-də 76,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,34 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 24-də 74,72 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 2,29 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 24-də 75,06 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,24 dollar/barel çoxdur.