Prezident İlham Əliyev avqustun 27-də İsmayıllı şəhərində yeni uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb.