Bərdə rayonunda itkin düşən şəxsin meyiti aşkarlanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bir neçə gün əvvəl itkin düşən Bərdə rayon sakini, 63 yaşlı Razim Hacıyevin meyiti Qarabağ su kanalından tapılıb.

Meyiti yaxınlıqda yaşayan sakinlər aşkar ediblər.

Yaxınlarının sözlərinə görə, R.Hacıyev sentyabrın 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu səbəbdən də rayon Polis Şöbəsinə müraciət olunub.

R.Hacıyevin xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.