Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən piyadanın şəxsiyyəti məlum olub.

Unikal.org report-a istinadn xəbər verir ki, bu, 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğludur.

A.İbiyev hadisə baş verən ərazinin yaxınlığında toy məclisindən çıxıb və evə gedirmiş. Mərhumun içkili olduğu bildirilir.

***21:30

Zaqatala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbə verir ki, hadisə bu gün axşam saat 20:30 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələ ki, markası müəyyən edilməyən minik maşını yolla gedən 60 yaş civarında olan Abdurəhman adlı Muxax kənd sakinini vurub. Qəzadan sonra minik maşını hadisə yerindən uzaqlaşıb. Abdurəhman aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.