Kayseridə zəncirvari yol qəzası baş verib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər veri ki, qəza nəticəsində 1 avtomobil və TIR 15 metr hündürlüyündəki körpüdən Qızılırmaq çayına aşıb. Qəza nəticəsində 7 nəfər xəsarət alıb.

TIR-da sıxışıb qalan sürücü güc-bəla ilə xilas edilib.

Xəbərdə bildirilir ki, 38 ADU 077 seriya nömrəli avtomobilin sürücü idarəetməni itirib və körpüdən çaya düşüb. Bunu görən digər avtomobil ani olaraq əyləci basıb.

Avtomobillərin arxasından gələn 99 AZ 285 Azərbaycan seriya nömrəli TIR da ani şəkildə əyləci basmaqla zəcirvari qəzaya səbəb olub. Beləliklə, TIR körpüdən çaya düşüb, pikap markalı avomobil isə körpüdən asılı vəziyyətdə qalıb. Məlumata görə, TIR sürücüsü Abbasov soyadlı Azərbaycan vətəndaşıdır.

Hadisə yerinə moxsayda polis əməkdaşları, yanğınsöndürənlər və təcili yardım maşınları sövq edilib. Yaralılar xəstəxanaya qaldırılıb.