Axşam saatlarında Bakının Nizami küçəsində bədbəxt hadisə baş verib.

Unikal.org  trend-ə istinadən xəbər verir ki, paytaxtın Nizami küçəsində yerləşən binanın fasadında təmir zamanı fəhlələrdən biri ehtiyatsızlıqdan hündürlükdən yıxılıb. Fəhlə xoşbəxtlikdən binanın ətrafında quraşdırılmış təhlükəsizlik çadırlarının üstünə düşüb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.