Goranboy rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  hadisə Veysli kəndində qeydə alınıb.

Belə ki, avtomobil 1957-ci il təvəllüdlü Əjdər İsmayıl oğlu Quliyevi vurub. Ağır xəsarət alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Piyada yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.