Gəncə şəhərində silsilə oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Kəpəz (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin sentyabr-oktyabr ayları ərzində Gəncə şəhəri ərazisində bir evdən 90 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyasını, dörd avtomobildən pul, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Əli Əzizov saxlanılıb.

Faktla bağlı araşdrıma aparılır.