Bakıda 14 yaşlı qız itkin düşüb.

Unikal.org Open.az-a istinadən xəbər verir ki, paytaxtın Xətai rayon sakini Nadejda Aleksandrovna polisə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan nəvəsi, 2004-cü il təvəllüdlü Nisə İbrahimovanın noyabrın 24-də saat 14.00 radələrində evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Daxil olan məlumat əsasında Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən araşdırmalara başlanıb.