Korrupsiyada ittihama görə beynəlxalq axtaışa verilən və Baklda saxlanılan Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş sədri Adamkul Junusov Bişkekə ekstradisiya edilib.

Unikal.org Open.az-a istinadən xəbər verir ki, Junusov bu gün vətəni Qırğızıstana "Finpol"un əməkdaşları tərəfindən aparılıb. Bişkek məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Qırğız Respublikasında 2013-2016-cı illərdə Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışmış, bu il avqust ayından İnterpol xətti ilə axtarışa verilən Ədəmqul Junusov Cinayət Məcəlləsinin xidməti 304-cü maddəsi (vəzifəsindən sui-istifadə) ilə ittiham olunur.