Azərbaycan Prezidenti İlham Əliyev Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirə təbrik məktubu ünvanlayıb.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sudan xalqına sülh və rifah diləyirəm".

***

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".