Hacıqabul rayonunda baş verən yol qəzasında 1 nəfər ağır xəsarət alıb. 

Unikal.org  “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən arxadan sement daşıyan DAF markalı avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - Ucar rayonunun Şilyan kənd sakini, 1960-cı il təvəllüdlü Hacıyeva Zərqələm ağır xəsarət alıb. 

Yaralı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Yüngül xəsarət alan 3 nəfərə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.