Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mirzəxan kəndi ərazisindən keçən hissısində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü isə ağır xəsarətlər alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.