2018-ci ildə Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Unikal.org xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən il ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 5 milyard 879 milyon 775 min ABŞ dolları, Türkiyəyə 1 milyard 825 milyon 981 min dollar, İsrailə isə 1 milyard 310 milyon 824 min dollar dəyərindədir. 

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 6 milyard 219 milyon 861 min dollar, Türkiyə ilə 3 milyard 402 milyon 846 min dollar, Rusiya ilə isə 2 milyard 550 milyon 906 min dollar təşkil edib.