Samuxun Qovlarsarı kəndində sahəsi 266 kv.m olan ev yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, birmərtəbəli 11 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 66 kv.m sahədə, 6 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 170 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.