Ağsu rayonunda zəlzələ olub.

Bu barədə Unikal.org Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Mərkəzin məlumatına görə, zəlzələ yerli vaxtla saat 08:29-da Pirqulu stansiyasından 24 kilometr cənub-qərbdə, 3,1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.