Güzdək qəsəbəsindəki daş karxanalarından kabel və mis oğurlanıb

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. 

Dərhal əməliyyat-istintaq qrupu axtarışlara başlayıb. Araşdırma zamanı hadisəni törədən şəxsin əvvəllər həmin karxanalarda çalışmış 35 yaşlı Hidayət Alıyev olduğu məlum olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Hidayət Alıyev saxlanılaraq Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Hidayət Alıyev əvvəllər də eyni əmələ görə iki dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Daha əvvəl Abşeronda maşınları qarət edən gənc saxlanılıb.